“Neftçi”nin futbolçuları millidə növbəti oyunlarını keçirib

“Neftçi”nin futbolçusu Soni Mustivar Haiti milli komandasının heyətində 16-cı oyununu keçirib.

Komanda.az xəbər verir ki, yarımmüdafiəçi KONKAKAF Milli Liqası çərçivəsində baş tutan Haiti – Kuba matçının (2:1) start heyətində yer alıb və 55-ci dəqiqədə əvəzlənib.

Paytaxt klubunun digər yarımmüdafiəçisi Mamadu Kane isə 23 yaşadək futbolçulardan ibarət Qvineya milli komandasının heyətində növbəti oyununa çıxıb. U-23 Afrika Millətlər Kuboku çərçivəsində Seneqal yığması ilə baş tutan səfər matçında (0:0) 90 dəqiqə meydanda olan 22 yaşlı futbolçu komandasının növbəti mərhələyə adlamasında pay sahiblərindən olub.

Xatırladaq ki, bu komandalar arasında keçirilmiş və qvineyalıların 2:1 hesablı qələbəsi ilə nəticələnmiş ilk görüşdə də Kane əvvəldən sonadək mübarizə aparmışdı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button