
“Neftçi” çox böyük hörmətə layiqdir” – “Palms Sports”un baş icraçı direktoru
Bu gün “Neftçi” ilə əməkdaşlıq müqaviləsi imzalayan “Palms Sports”un baş icraçı direktoru Fouad Darviş mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, o, “ağ-qaralar”la əməkdaşlıq etdikləri üçün fəxr hissi duyduğunu bildirib:
“Bu sözləşmə uzunmüddətli iddianın rəmzidir. Biz bu tərəfdaşlığa adi sponsorluq kimi baxmırıq. İnkişafaya yol açmaq istəyirik. Klubun inkişafına və infrastrukturun təkmilləşməsinə imkan yaradacağıq. “Neftçi”nin bir əsrə yaxın tarixi var və çox böyük hörmətə layiqdir.
Uzun səyahətin başlanğıcındayıq. Burada olmaq mənim üçün şərəfdir. “Neftçi” sadəcə futbol klubu deyil, Azərbaycanın irsinin rəmzidir”.
“Neftçi” ilə “International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” arasında bu gün beş illik sponsorluq müqaviləsi imzalanıb.
Bizi Facebook-da izləyin



