“Neftçi”nin 4 futbolçusu “Araz-Naxçıvan”la oyunu buraxacaq

“Neftçi”nin 4 futbolçusu bu gün “Araz-Naxçıvan”a qarşı keçirəcəkləri Premyer Liqanın 30-cu turunun matçında iştirak etməyəcək.

Bu barədə Komanda.az-a “ağ-qaralar”ın mətbuat xidmətindən məlumat verilib.

Bərpa prosesi keçən qapıçı Emil Balayevlə yanaşı, kəskin respirator virus infeksiyası diaqnozu ilə müalicə alan cinah müdafiəçisi Ömər Buludov bu oyunu buraxacaq.

Dizindəki ağrılarla bağlı müalicəsi davam edən digər qolkiper Aqil Məmmədov və fərdi hazırlıq keçən yarımmüdafiəçi Ataa Caber də meydana çıxmayacaq.

Bu gün “Neftçi Arena”da oynanılacaq qarşılaşma saat 19:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button