“Neftçi”nin 2 futbolçusu “Qəbələ”yə qarşı oynamayacaq

“Neftçi”nin iki futbolçusu “Qəbələ”yə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının 28-ci turunun matçını buraxacaq.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bərpa prosesini davam etdirən qapıçı Emil Balayevlə yanaşı, əzələ gərilməsi diaqnozu ilə müalicə alan macarıstanlı müdafiəçi Mark Tamaş həmin oyunda iştirak etməyəcək.

Martın 29-da keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 16:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button