
“Neftçi”dən növbəti transfer
“Neftçi” yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib.
Komanda.az xəbər verir ki, fransalı sağ vinger İmad Faraj artıq “Neftçi” ailəsinin üzvüdür.
26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.
“Lill” akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu AEK (Larnaka) ilə Kipr kubokunun qalibi olub.
Faraj Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



