
“Neftçi”dən ayrılan futbolçu Asiya klubuna keçib
“Neftçi”dən ayrılan müdafiəçi Robert Bauer özünə yeni komanda tapıb.
Komanda.az xəbər verir ki, almaniyalı futbolçu “Buriram Yunayted”ə keçib.
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin əvvəllər formasını geyindiyi klub Bauerlə müqavilə imzalayıb.
Bauer 2024-cü ilin yayından “Neftçi”nin şərəfini qoruyurdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



