
“Neftçi”dən yoxlama oyununda heç-heçə
Təlim-məşq toplanışını Polşada davam etdirən “Neftçi” növbəti yoxlama matçında bərabərə qalıb.
Komanda.az xəbər verir ki, Bakı klubu yerli “Termalika” komandası ilə heç-heçə edib.
“Sportovi novini” stadionunda baş tutan qarşılaşmada tərəflər hərəyə iki dəfə fərqləniblər.
“Ağ-qaralar”ın qollarını Freddi Varqas və Bassala Sambou vurublar.
Samir Abasovun baş məşqçisi olduğu komanda toplanış çərçivəsindəki ilk görüşdə “Hapoel” (Təl-Əviv, İsrail) ilə heç-heçə oynayıb – 1:1. “Neftçi” növbəti yoxlama görüşlərini Yunanıstanın “Asteras” (27 iyul) və Kiprin AEL (1 avqust) klublarına qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



