
“Neftçi”dən veteran futbolçusuna yubiley təbriki
“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev veteran futbolçu Adil Hüseynovu 70 illik yubileyi münasibətilə təbrik edib.
Komanda.az xəbər verir ki, yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.
Xatırladaq ki, Adil Hüseynov 1973-1976-cı illər ərzində “Neftçi”nin heyətində 18 oyun keçirib, 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



