
“Neftçi”də rumıniyalı müdafiəçi
“Neftçi” növbəti transferini reallaşdırıb.
Komanda.az xəbər verir ki, rumıniyalı sağ cinah müdafiəçisi Kristian Kostin bundan sonra “ağ-qaralar”ın şərəfini qoruyacaq.
27 yaşlı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.
Bunadək yalnız vətənində çıxış etmiş Kostinin sonuncu klubu “Dinamo” (Buxarest) olub.
O, bir neçə mövqedə oynamağı bacaran universal futbolçudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



