“Neftçi”də qvineyalı hücumçu

“Neftçi” baxışa daha bir futbolçu dəvət edib.

Komanda.az xəbər verir ki, bu, qvineyalı Nabi Silladı.

21 yaşlı Silla hücumçudu. “Soar Akademiyası”nın (2008-2014) yetirməsi olan futbolçu vətənində “Satellit” (2015-2017), “Qanqan” (2017-2018) və “Koyah” (2018-2019) klublarında çıxış edib. Qvineyanın U-17 və U-20 milli komandasının formasını geyinmiş Nabi Silla U-23-ün üzvüdü. Məşqçilər korpusu bu gün məşqlərə qoşulan Nabi Silla haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.

Xatırladaq ki, digər qvineyalı futbolçu – 19 yaşlı hücumameylli yarımmüdafiəçi Yamussa Kamara da hazırda “Neftçi”də baxışdadı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button