“Neftçi” yeni mövsümün əvvəlində təzə təlim-məşq bazasına köçəcək

“Neftçi” 2024/2025 mövsümünün əvvəlində yeni təlim-məşq bazasına köçəcək.

Komanda.az xəbər verir ki, bunu klubun idman direktoru Yens Andersson mətbuat konfransında deyib.

O, hazırda idman qurğusunda işlərin sürətlə davam etdiyini bildirib:

“İşçilər indi də çalışırlar. Orada top-komanda üçün gündəlik əməliyyatlarda lazım olan hər cür şərait olacaq. Bazaya böyük investisiya qoymaq cəsarət tələb edir. Məncə, bina həddindən artıq böyükdür. Bizə hələlik üç mərtəbəsi lazımdır. Bu isə qısa zamanda həll ediləcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button