“Neftçi” və “Sabah” cərimə olundu

AFFA İntizam Komitəsi “Neftçi” və “Sabah”ı Azərbaycan Premyer Liqasının 19-cu turunda komandalar arasında keçirilən oyundakı neqativ hallara görə cərimələyib.

Komanda.az xəbər verir ki, “ağ-qaralar” 2200, “Sabah” isə 800 manat ziyana düşüb.

“Neftçi” 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat, azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyi üçün isə 1500 manat cərimə ödəməli olacaq.

“Bank Respublika Arena”dakı qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil olması “Sabah”ı 800 manat xərcə salıb.

Oyun qolsuz bərabərliklə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button