“Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində “Neftçi” ilə “Qarabağ” arasında keçiriləcək ilk oyunun biletləri satışa çıxarılıb.
Komanda.az “Neftçi”nin mətbuat xidmətinə istinadən xəbər verir ki, qiyməti 2, 5, 10 və 15 AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:
https://iticket.az/events/sport/neftci-pfk-qarabag-fk/114264
“Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü – aprelin 2-də saat 12:00-dan etibarən satışda olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin