Rəsmi: “Neftçi” yeni əməkdaşlıq müqaviləsi imzaladı

“Neftçi” klubunu dəstəkləyən şirkətlər arasına daha biri daxil olub.

Komanda.az xəbər verir ki, klubla idman nəticələrinin analitiki ilə məşğul olan “Catapult” şirkəti arasında qarşılıqlı əməkdaşlıq haqqında razılıq əldə edilib. Bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 2 illik müqavilə imzalanıb.

Razılaşmaya əsasən, bu müddətdə “Neftçi”nin əsas komandasının ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində şirkətin fəaliyyəti ilə bağlı təbliğat materialları yerləşdiriləcək. Kluba məxsus “Neftçi TV” və sosial media səhifələrində “Catapult”un da loqosunun yer alacağı paylaşımlar ediləcək və digər marketinq xidmətləri göstəriləcək.

Mərkəzi Avstraliyanın Melburn şəhəri olan “Catapult”un əsası 2006-cı ildə qoyulub. Şirkət 137 ölkədə 39 idman növü üzrə 3000-ə yaxın komandaya texnologiya təqdim edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button