“Neftçi” daha bir legioner transfer etdi
“Neftçi” ardıcıl üçüncü legioner futbolçunu transfer edib.
Komanda.az xəbər verir ki, braziliyalı mərkəz müdafiəçisi Rener Alves De Souza ilə 2+1 il müddətinə müqavilə bağlanıb.
19 yaşlı futbolçu yeni komandasının heyətində 4 nömrəli formanı geyinəcək.
“Brasilis”in yetirməsi olan Rener Alves De Souza Braziliyanın “Fortaleza” klubunda çıxış edib. O, “Fortaleza”nın əsas komandası ilə yanaşı, U-19 və U-20 komandalarında da oynayıb, U-20 ilə “Copa do Nordeste”nin qalibi olub.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı və Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrini transfer etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin