
“Neftçi” baş məşqçi ilə yollarını ayırdı
“Neftçi” basketbol klubu baş məşqçi Valeri Stepanovski və köməkçi məşqçi Oleq Qonçarovla yollarını ayırıb.
Klubdan Komanda.az-a verilən məlumata görə, ukraynalı mütəxəssislərlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Neftçi”də baş məşqçi funksiyasını hələlik köməkçi məşqçi, gürcüstanlı mütəxəssis Daviti Çivçivadze yerinə yetirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



