“Neftçi” azarkeşləri rəhbərliyin də istefasını istəyir

“Neftçi” Azərbaycan Premyer Liqasının 15-ci turunda “Sumqayıt”ı qəbul edir.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi qış fasiləsindən sonrakı ilk oyununda da inamlı çıxışı ilə seçilmir. Bu üzdən də “ağ-qaralar”ın azarkeş qruplarından olan “Neftçimania” klubun prezidenti Kamran Quliyev və idman direktoru Ceyhun Sultanovu istefaya səsləyirlər. Onlar “Kamran, Ceyhun, istefa” deyə qışqırırlar.

İkinci hissəsi oynanılan qarşılaşmada “Neftçi” 0:1 hesabıyla uduzur. Meydan sahibləri həm də azlıqda oynayır. 41-ci dəqiqədə Voyislav Stankoviç birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button