“Neftçi” Abubakarı və daha iki futbolçunu yola saldı

“Neftçi” klubu futbolçuları Vensan Abubakar, Edvin Kuç və Kristian Kostinlə yollarını ayırıb. 

Komanda.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb. Hər üç oyunçunun müqaviləsinin müddəti yenilənməyib.

2025-ci ilin oktyabrında transfer olunmuş Abubakar “ağ-qaralar”ın heyətində 18 rəsmi matç keçirib, 9 qol vurub. O, Premyer Liqada meydana çıxdığı 16 oyunda 7 qola imza atmaqla, ortalama qol sayına görə 2025/26 mövsümünün ən yaxşılarındandır.

2024-cü ilin yayında transfer olunmuş Kuç “ağ-qaralar”ın heyətində 44 rəsmi oyun keçirib, 1 qol vurub.

Kostin isə 2025-ci ilin yayından bu yana 7 rəsmi matçda forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button