“Napoli”nin 10 günlük itkisi

“Napoli” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, Neapol təmsilçisinin futbolçusu Dris Mertens zədələnib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Barselona” ilə Çempionlar Liqasının ilk oyununda (1:1) zədə alan belçikalı hücumçu 10 gün yaşıl meydanlardan uzaq qalacaq.