“Napoli”nin prezidentindən maraqlı təklif: “Sarı və qırmızı vərəqələr ləğv olunsun”

“Napoli”nin prezideti Aurelio De Laurentis futbol qaydalarında və turnirlərin sistemində köklü dəyişikliklər təklif edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Neapol klubunun rəhbəri futbolda ənənəvi cəzalandırma sisteminin dəyişməli olduğunu düşünür:

“Qırmızı və sarı vərəqələrdən istifadə etməzdim. Sarı vərəqə əvəzinə oyunçunu 5, “qırmızı”ya görə isə 20 dəqiqəlik meydandan kənarlaşdırardım”.

O, həmçinin, Avropa futbolunda rəqabətin artırılması üçün yeni model təklif edib. De Laurentisin sözlərinə görə, müxtəlif liqalardakı ən güclü klublar bir araya gətirilsə, daha maraqlı turnir yaradıla bilər:

“Fransada 2-3 güclü komanda var, Almaniyada 4, İtaliyada isə 5 – “Yuventus”, “İnter”, “Milan”, “Napoli” və “Roma”. İngiltərədə 5, İspaniyada isə 4 əsas komanda var. Bunları birləşdirsək, möhtəşəm rəqabət yaranar”.

İtaliyalı funksioner ABŞ klublarının da Avropa yarışlarına cəlb olunmasını təklif edib. Onun fikrincə, MLS yalnız karyerasının sonundakı oyunçuları cəlb etməklə kifayətlənməməlidir:

“Niyə də Aleksander Çeferinlə (UEFA-nın prezidenti) danışıb Nyu-York və Boston kimi şəhərlərin ən güclü komandalarını Çempionlar Liqasına dəvət etməyək?”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button