“Qattuzo hara gedəcəyini və nə deyəcəyini bilmirdi” – Klub prezidenti

“Napoli”nin prezidenti Aurelio De Laurentis İtaliya millisinin sabiq baş məşqçisi Cennaro Qattuzo haqqında danışıb.

Komanda.az CBS-ə istinadən xəbər verir ki, klub rəhbəri bunu söyləyib:

“Qalib gəlmək üçün hamını birləşdirmək, kimya yaratmaq lazımdır. Qattuzo sadəcə hara gedəcəyini və nə deyəcəyini bilmirdi. O, narahat idi, uğur qazanmaq üçün isə rahat və sakit olmaq lazımdır”.

Qattuzo 2019-cu ilin dekabrından 2021-ci ilin iyununa qədər “Napoli”də çalışıb. 48 yaşlı mütəxəssis 2025-ci ilin yayından bəri isə İtaliya millisinə rəhbərlik edib. O, komandasının dünya çempionatına getməsinə nail ola bilməyib və istefa verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button