ÇL: “O, mövqeyinin ən yaxşısıdır” – “Napoli”nin futbolçusu

“Napoli”nin və Gürcüstan millisinin hücumçusu Xviça Kvaratsxeliya “Real”ın vingeri Vinisius Junior haqda fikirlərini bölüşüb.

Komanda.az AS-a istinadən xəbər verir ki, 22 yaşlı gürcü futbolçu Vinisiusu böyük istedad adlandırıb:

“Vinisius böyük istedaddır. O, mövqeyinin ən yaxşısıdır. Vinisius və Luka Modriç, Çud Bellingem, Toni Kross kimi “Real”da oynayan digər çempionlara qarşı oynamaq böyük təcrübədir. Onların bütün heyətini tərifləyə bilərəm. Biz onlara çox hörmət edirik, yüksək səviyyəli oyunçulardır”.

“Napoli” bu gün Çempionlar Liqasının 2-ci turunda “Real”la qarşılaşacaq. Oyun saat 22:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button