“Napoli” mənə “Milan”ı xatırladır” – Pirlo

“Yuventus”un keçmiş baş məşqçisi Andrea Pirlo “Napoli”nin cari mövsümdəki çıxışını şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya millisinin sabiq üzvü “Napoli”nin oyun tərzi barədə fikir bildirib:

“Luçano Spalettinin komandası mənə “Milan”ı xatırladır. İndiki “Napoli” daha sərtdir, onların oyun tərzi inanılmazdır. Çox sayda gənc oyunçu itirdilər, lakin transfer edilən futbolçuların sayəsində əla oyun sərgiləyirlər”.

“Napoli” 41 xalla İtaliya A Seriyasının turnir cədvəlinə başçılıq edir. “Milan” 33 xalla ikinci, “Yuventus” isə 31 xalla üçüncüdür.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button