“Napoli”nin futbolçusunda koronavirus aşkarlandı

“Napoli” klubunun bir futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, müdafiəçi Fauzi Qulamın koronavirus testinin müsbət çıxdığı bildirilib.

Əlcəzair millisinin də üzvü olan Qulam təcrid olunub və onun müalicəsinə başlanılıb.