“Nəticə qazanmaq üçün oynayırıq” – “Kəpəz”in yeni transferi

“Kəpəz”in yeni transferi Latir Fall bu kluba keçidi haqda danışıb.

Komanda.az xəbər verir ki, o, Gəncə klubunun mətbuat xidmətinə açıqlamasında məqsədlərindən söz açıb:

“Bura gəlmək, “Kəpəz”in bir parçası olmaq mənim üçün xoşdur. Günü-gündən komandaya uyğunlaşıram. Komanda olaraq inkişaf edirik. Kollektivdə yaxşı oyunçular var. Yerli və əcnəbi futbolçulardan qurulmuş heyətə sahibik. Məşqçilər korpusunun verdiyi məşqləri yerinə yetirməyə çalışırıq. Üzərimizə düşəni ən yaxşı şəkildə yerinə yetirməyə səy göstəririk. Hamımız məsuliyyətliyik. Məqsədimiz azarkeşlərə özümüzü ən yaxşı şəkildə göstərməkdir. Nəticə qazanmaq üçün oynayırıq. Azarkeşlərin oyunumu necə qiymətləndirdiklərini bilmirəm, amma sevildiyimi düşünürəm. Çünki azarkeşlər mənə isti münasibət göstərirlər”.

Son olaraq Portuqaliyada “Eştrela Amadora” klubunda oynamış yarımmüdafiəçi “Kəpəz”lə 1+1 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button