“Mançester Yunayted” “Beşiktaş”ın futbolçusuna göz dikib

“Beşiktaş”ın yarımmüdafiəçisi Vilfred Ndidi “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 29 yaşlı futbolçunu daha aşağı qiymətə almaq üçün İstanbul klubu ilə danışıqlar apara və mümkün mübadilə kimi qapıçısı Altay Bayındırı təklif edə bilərlər.

Ndidi cari mövsümdə bütün turnirlərdə 24 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Beşiktaş”la müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Nigeriyalı futbolçu uzun müddət İngiltərədə oynayıb. O, 2017–2025-ci illərdə “Lester”də çıxış edib və ötən ilin yayından “Beşiktaş”ın formasını geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button