
“Mançester Yunayted” kolumbiyalı futbolçunu izləyir
“Mançester Yunayted” Braziliyanın “Palmeyras” klubunun yarımmüdafiəçisi Riçard Riosla maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın skautları 25 yaşlı futbolçunun oyunlarını yaxından izləyir və onun bacarıqlarını yüksək qiymətləndirirlər.
Klubun Riosu “Atalanta”nın futbolçusu Edersona nisbətən daha sərfəli alternativ kimi gördüyü bildirilir. “Palmeyras” onu təxminən 20-25 milyon avroya buraxa bilər.
Kolumbiyalı futbolçu bu mövsüm “Palmeyras”ın Klublararası dünya çempionatının 1/4 final mərhələsinə yüksəlməsində mühüm rol oynayıb. O, turnirdə 5 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



