MY dünya çempionunun keçidini müzakirə edir

“Lion”un yarımmüdafiəçisi Korenten Tolisso “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” fransalı futbolçunun nümayəndələri ilə ilkin əlaqə saxlayaraq potensial transferin şərtlərini müzakirə ediblər.

30 yaşlı oyunçu Premyer Liqada çıxış etməyə maraqlıdır, ancaq bu keçid üçün israr etməyi düşünmür. “Lion” rəhbərliyi isə dünya çempionunu heyətdə saxlamaq niyyətindədir.

Tolissonun dəyəri 12 milyon avro olaraq qiymətləndirilir. O, 2017-2021-ci illər arasında Fransa millisinin heyətində çıxış edib və 2018-ci ildə dünya çempionu titulunu qazanıb. Onun “Lion”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button