
MY, “Bayern” və “Arsenal”ın hədəfindədir – Afrikalı hücumçu
Avropanın aparıcı klubları – “Mançester Yunayted”, “Bayern” və “Arsenal” “Hoffenhaym”ın və Fil Dişi Sahili millisinin hücumçusu Basuman Ture ilə maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya klubu 20 yaşlı futbolçunun transferi üçün danışıqlara 50-55 milyon avrodan başlamağı planlaşdırır.
“Hoffenhaym” rəhbərliyi prosesin gedişində qiyməti 70-80 milyon avroya qədər yüksəldə bilər. Klub qış transfer dövründə oyunçu ilə bağlı bütün təklifləri geri çevirib.
Ture cari mövsümdə bütün turnirlərdə 25 oyunda meydana çıxıb, 2 qol vurub və 10 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



