
İtaliya klubu Stounz üçün danışıqlara başlayıb
İngiltərə millisinin müdafiəçisi Con Stounz karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, azad agent statusunda olan 32 yaşlı futbolçu ilə “Yuventus” maraqlanır. Turin təmsilçisi Stounzun transferi üçün danışıqlara başlayıb.
Bundan əvvəl müdafiəçinin xidmətində “İnter”in da maraqlı olduğu bildirilmişdi.
Con Stounz 2016-cı ildən “Mançester Siti”nin formasını geyinirdi. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti bu ilin iyununun sonunda başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



