MY 150 milyon avroluq transferdə israrlıdır

“Mançester Yunayted” Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Çud Bellingemi transfer etməkdə israrlıdır.

Komanda.az “Sky Germany”-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqın əsas transfer hədəfidir. MY rəhbərliyinin 19 yaşlı ingilis üçün “Borussiya”nın tələb etdiyi 150 milyon avronu ödəməli olacağı gözlənilir.

Bellingem bu mövsüm 20 oyuna çıxıb, 9 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “Borussiya” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button