“Başa düşürəm ki, bir addım irəli atmışam” – “Bayern”in futbolçusu

“Bayern”in yarımmüdafiəçisi Camal Musiala öz oyunu haqda fikirlərini bölüşüb.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, o, indi ən yaxşı futbolunu oynadığını hiss etdiyini bildirib:

“İndi ən yaxşı futbolumu oynadığımı hiss edirəm. Başa düşürəm ki, bir addım irəli atmışam. Diqqəti cəlb etmək üçün lazım olan qolları vurur və ötürmələri edirəm. Mən bütün mövsüm ardıcıl oynadım və eyni məcrada davam etmək istəyirəm”.

21 yaşlı almaniyalı futbolçu bu mövsüm 31 oyun keçirib, 12 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button