
“Bayern”də qalacaq – Adı “Qalatasaray”la hallanan futbolçu
Almaniya millisinin və “Bayern”in yarımmüdafiəçisi Camal Musiala çətin keçən mövsümə baxmayaraq (zədə səbəbindən 2025/26 mövsümünün böyük hissəsini buraxıb), Münhen klubunda qalmaq və burada uğurlar qazanmaq niyyətindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nə “Bayern”, nə də futbolçunun ətrafı cari transfer pəncərəsində yolları ayırmağı planlaşdırır. Klub 23 yaşlı yarımmüdafiəçiyə tam etibar edir və onu komandanın gələcəyi üçün vacib fiqur sayır.
Bundan əvvəl “Qalatasaray” Musialanın mümkün transferi ilə bağlı yayılan xəbərləri rəsmi şəkildə təkzib etmişdi. Bəzi KİV və insayderlər Almaniya millisinin üzvünün icarə əsasında İstanbul klubuna keçə biləcəyini yazsalar da, bu məlumat rəsmi təsdiqini tapmayıb.
Bizi Facebook-da izləyin



