
Braziliya klubu Depayla yeni müqavilə imzalayıb
Braziliyanın “Korintians” klubu hücumçusu Memfis Depayla yeni müqaviləyə imzalayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçunun yeni anlaşmasının müddəti 2028-ci ilin ortalarınadək qüvvədə olacaq.
Depay 2024-cü ildən “Korintians”ın heyətində çıxış edir. O, bu müddət ərzində 78 oyunda meydana çıxaraq, 20 qol vurub və 15 məhsuldar ötürmə edib. “Transfermarkt” futbolçunun bazar dəyərini 7 milyon avro olaraq qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



