
Pirlo: “Artıq İtaliya millisinin baş məşqçi vəzifəsinə namizəd deyiləm”
Andrea Pirlo İtaliya millisinin baş məşqçisi olmayacağını açıqlayıb.
Daha əvvəl onun təklifi qəbul etdiyi və İtaliya Futbol Federasiyası ilə müqavilə imzalayacağı bildirilsə də, “Fonbet” bukmeker şirkəti ilə əməkdaşlığı təyinat prosesini çətinləşdirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis həm bu məsələ, həm də millidəki gələcəyi ilə bağlı yayılan xəbərlərə belə münasibət bildirib:
“Bunu siyasi məsələyə çevirmək, mənə heç vaxt ifadə etmədiyim fikirləri aid etmək deməkdir. Dünən axşam öyrəndim ki, artıq İtaliya millisinin baş məşqçi vəzifəsinə namizəd deyiləm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



