Musa Qurbanlıdan “Qarabağ” – “Nant” matçı ilə bağlı paylaşım

Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Nant”la qarşılaşan “Qarabağ” rəqibinə 3:0 hesabı ilə qalib gəldi.

Komanda.az xəbər verir ki, matçdan sonra komandanın hücumçusu Musa Qurbanlı “instaqram” hesabında qələbə ilə bağlı bu sözləri yazıb:

“Bu möhtəşəm qələbə Ordumuza və Vətən uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizə həsr olunur. Onların haqqı ödənməz. Şəhidlər ölməz, Vətən bölünməz. “Qarabağ” Azərbaycandır”.