“Murov”un Çağırış Kubokundakı növbəti rəqibi bilindi

Azərbaycanı Çağırış Kubokunda təmsil edən “Murov” voleybol komandasının növbəti rəqibi bəlli olub.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisinin 1/8 final mərhələsindəki rəqibi Niderlandın “Orion” kollektivi olacaq.

1/16 finalda Lüksemburqun “Stroosen” klubu ilə qarşılaşan niderlandlılar 3:0 (25:18, 25:8, 25:13) hesablı qələbə qazanıblar. Tərəflər arasındakı ilk görüş də bu hesabla başa çatıb.

1/8 final görüşlərinin dəqiq vaxtı qarşıdakı günlərdə açıqlanacaq.

“Murov” 1/16 final mərhələsində Avstriyanın “UVC Qraz” komandasına hər iki oyunda 3:0 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button