“Murov” Çağırış kubokunda Avstriya komandasına qalib gəldi

Kişi voleybolçulardan ibarət “Murov” komandası bu gün Çağırış kubokunda növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Azərbaycan çempionu 1/16 final mərhələsində Avstriyanın “Holdinq Qrats” klubu ilə üz-üzədir. Qarşılıqlı razılığa əsasən, hər iki oyun Bakı Voleybol Mərkəzində təşkil olunur.

Komandalar arasında bu gün keçirilən ilk görüşdə nominal meydan sahibi Avstriya təmsilçisi olub. Bu matçda “Murov” 3:0 hesablı (13:25, 18:25, 23:25) qələbəyə sevinib.

Sabah təşkil ediləcək cavab qarşılaşmasında “Murov” rəqibini qəbul edəcək. Oyun saat 18:00-da start götürəcək.

“Murov” 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” komandası ilə də iki dəfə Bakıda qarşılaşıb. Azərbaycan çempionu bu oyunlarda 3:0 və 3:1 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button