Murad Musayev: “Transferlər etməliyik”

“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 35-ci turunda qarşılaşdıqları “Zirə” ilə oyunu (0:0) şərh edib.

Komanda.az xəbər verir ki, rusiyalı mütəxəssis oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çoxlu hücumların, emosiyanın olduğu matçın şahidi olduq. İkili mübarizələr çox idi. Heyətlə bağlı itkilərimiz olsa da, sona qədər oynadıq”.

Musayev avrokuboklarla bağlı danışmağın tez olduğunu düşünür: “Mövsüm hələ bitməyib. Transferlər etməliyik, püşkdən də çox şey asılıdır. Nəsə söz vermirəm, amma əmin olun ki, yaxşı hazırlaşacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button