“Real” dünyanın istənilən komandasından daha yaxşıdır”

Müqavilə ilə “Real”a məxsus olan, son mövsümü icarə əsasında “Arsenal”da keçirən Dani Sebalyos açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Sebalyos, gələcəyiylə bağlı qərar vermədiyini deyib:

“Real”la hələ danışıqlara başlamamışam, amma bu formada olan hər kəs xoşbəxt olur. “Real” dünyanın istənilən komandasından daha yaxşıdır. Gəlin, nə olacağını görək.

“Real”da, “Arsenal”da və ya başqa hansı klubda oynayacağımı bilmirəm. Ailəmlə düşünüb, qərar verməliyəm”.

Sebalyosun “Real”la müqaviləsi 2023-cü ilin yayına qədərdir.