“Bu, planlaşdırdığımız bir başlanğıc deyil, amma…” – Pike

İspaniya La Liqasının 3-cü turu çərçivəsində səfərdə “Osasuna” ilə 2:2 hesablı bərabərliyə razılaşan “Barselona”nın müdafiəçisi Jerar Pike açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu, çempionata uğursuz start verdikləri üçün narahat olmadıqlarını deyib:

“Bu vəziyyətdə narahat deyilik. Bu, planlaşdırdığımız bir başlanğıc deyil, amma çempionat uzundur. Çempionluğu qazanmaq şansımızı mart, aprel aylarında qorumaq vacibdir. Təbii ki, mümkün olan 9 xalı qazanmaq istəyirdik, amma hər şey gözlədiyimizdən daha çətindir. Komandada birliyimizi qorumalıyıq”.

Üç turdan sonra 4 xal toplayan “Barselona”, hazırda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button