Müllerin azarkeşlə zarafatı – Video

Futbol üzrə Almaniya Bundesliqasının 6-cı turunun “Bayern” – “Ştutqart” matçında (2:2) maraqlı epizod yaşanıb.

Komanda.az xəbər verir ki, bir azarkeş əlində telefonla Münhen kubunun yeni oyunçusu Sadio Manenin yanına qaçıb. Bu zaman “Bayern”in digər futbolçusu Tomas Müller azarkeşin əlindən telefonu alaraq, özünü çəkib və kameraya gülümsəyib.

Almaniya Bundesliqasının 6 turundan sonra “Bayern” 12 xalla 3-cü yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button