“Moyze etməsi lazım olanı etdi” – Bonuççi

İtaliya A Seriyasının 30-cu turunda səfərdə “Kalyari”yə 2:0 hesabı ilə qalib gələn “Yuventus”un futbolçusu Leonardo Bonuççi matçdan sonra açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu, yaxşı oyun göstərdiklərini deyib:

“Bu gün möhtəşəm çıxış etdik. Xüsusilə, cinahlarda daha aqressiv idik. Ordakı keçidlərimizin rəqibə problem yaradacağını bilirdik. “Kalyari”nin müdafiədə boşluqlar buraxacağını gözləyirdik. Məşqlərdə bunun üzərində çalışdıq və bu, möhtəşəm nəticə verdi”.

İtaliyalı futbolçu, komanda yoldaşı Moyze Kinin ikinci qolu vurduqdan sonra irqçi şüarlara məruz qalması haqqında da danışıb:

“Kin səfər oyunlarında qol vurduqdan sonra belə reaksiyalar görəcəyini bilir. Buna görə də, qol vuranda komanda yoldaşları ilə birgə qeyd etməyi üstün tutur. O, qolu vurduqdan sonra tribunalardan irqçi şüarlar səsləndi. Moyze etməsi lazım olanı etdi. Tribunadakılar isə göstərməmələri lazım olan reaksiyaları göstərdilər”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button