“Zirə”dən ayrılan futbolçu Moldova klubunda FOTO

Mövsümün sonunda “Zirə” ilə yollarını ayıran Aleksandr Dedovun yeni klubu məlum olub.

Komanda.az xəbər verir ki, 30 yaşlı futbolçu Moldovanın “Petrokub” klubuna transfer olunub. Bu barədə Moldova təmsilçisinin rəsmi “facebook” səhifəsi məlumat yayıb. Dedovla imzalanan müqavilənin detalları açıqlanmayıb. Yarımmüdafiəçi yeni klubunda 7 nömrəli formanı geyinəcək.

2018-ci ilin yayında “Zirə” yə keçən Dedov, “qartallar”ın forması ilə 36 qarşılaşmada 6 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button