Mourinyonun “Real”da görmək istədiyi futbolçu

“Real”ın yeni baş məşqçisi Joze Mourinyo yay transfer pəncərəsində heyəti gücləndirmək istiqamətində işlərini davam etdirir.

Komanda.az “Sky Sport Germany”-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Almaniya millisinin və Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Feliks Nmeça ilə maraqlanır. Mourinyo futbolçunun oyun səviyyəsini yüksək qiymətləndirir və onu komandasında görmək istəyir.

Hazırda 24 yaşlı yarımmüdafiəçinin transfer dəyəri 50 milyon avro olaraq göstərilir. Nmeçanın Dortmund təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

Almaniyalı futbolçu ötən mövsüm “Borussiya”nın heyətində 42 oyunda meydana çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button