Mourinyo 3 futbolçu ilə bağlı qərar verməlidir

“Real”ın yeni baş məşqçisi Joze Mourinyo komandanın bəzi futbolçularının gələcəyi ilə bağlı qərar qəbul etməlidir.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis yaxın vaxtlarda Endrik, Frank Mastantuono və Qonsalo Qarsiyanın taleyini müəyyənləşdirəcək. Ancaq Mourinyo tələsmək istəmir. O, yekun qərarı verməzdən əvvəl hər üç futbolçunu məşqlərdə və oyunlarda yaxından izləməyi planlaşdırır.

63 yaşlı mütəxəssis bu yay “Real”ın baş məşqçi postunda Alvaro Arbeloanı əvəz edib.

İspaniya La Liqasında yeni mövsüm avqustun ortalarında start götürəcək. Madrid təmsilçisi ilk turda öz meydanında “Real Sosyedad”ı qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button