Mourinyo “Real” rəhbərliyindən iki mövqeyə transfer xahiş edib

“Real”ın yeni baş məşqçisi Joze Mourinyo komandasının daha da gücləndirilməsini istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis klub rəhbərliyindən yeni müdafiəçi və yarımmüdafiəçi transfer etməyi xahiş edib. Lakin rəhbərlik bunun üçün bir şərt irəli sürüb. Heyətə yeni futbolçular cəlb edilməzdən əvvəl hazırkı oyunçulardan birinin komandadan ayrılmalı olduğu bildirilib.

“Real” artıq Denzel Dumfris, İbrahima Konate, Mark Kukurella və Bernardo Silvanı transfer edib. Mourinyonun növbəti hədəfi isə “İnter”in mərkəz müdafiəçisi Alessandro Bastonidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button