“Monako”yla “Lester” futbolçularını dəyişdi

“Monako”nun futbolçusu Yuri Tilemans karyerasını İngiltərədə davam etdirəcək.

Komanda.az xəbər verir ki, belçikalı futbolçu “Lester” klubuna transfer olunub. Bu barədə “tülkülər”in rəsmi saytı məlumat yayıb.

Tilemans mövsümün sonuna qədər icarə əsasında “Lester”də çıxış edəcək.

Bu keçidin qarşılığında “Lester” yarımmüdafiəçisi Adrien Silvanı mövsümün sonuna qədər “Monako”ya icarəyə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button