“Çelsi” 38 milyon avroluq transferə hazırlaşır

“Monako”nun futbolçusu Benoit Badiaşile karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, 21 yaşlı fransalı futbolçu “Çelsi”yə keçməyə yaxındır. Bu keçid London klubuna 38 milyon avroya başa gələ bilər.

Badiaşile bu mövsüm “Monako”nun heyətində Liqa 1-də 16 oyuna çıxıb və 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button