“Monako” Poqba ilə yollarını ayıra bilər

“Monako”nun yarımmüdafiəçisi Pol Poqbanın geri dönüşü onun ümid etdiyi kimi olmayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa klubu onun uzun müddətli cəzadan sonra formasını bərpa etməsi üçün vaxta ehtiyacı olduğunu başa düşüb, lakin bu vaxt uzanıb. “Monako” hazırda oyunçu ilə əməşdaşlığı yayda keçiriləcək dünya çempionatından əvvəl başa vurmağı düşünür.

32 yaşlı yarımmüdafiəçinin klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir, lakin sözləşmə daha tez ləğv edilə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button